"Avrokuboklarda ən azından keçən ilki uğurumuzu təkrarlamalıyıq"

13:30 - 17 İyul 2013

Denis Silva: "Bu gün bizim üçün çətin həm vacib oyun olacaq"
 
Bu gün Çempionlar Liqasının təsnifat mərhələsində təmsilçimiz "Neftçi" Albaniya "Skenderbeu"su ilə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, təmsilçimizin təcrübəli müdafiəçisi Denis Silva bu oyun haqqında öz fikirlərini bildirib:
 
"Bu gün bizim üçün çətin həm vacib oyun olacaq. Bu mövsüm Avropada ilk oyunumuz olacaq, ona görə maksimum gücümüzü sərf edib bu oyundan qələbə ilı ayrılmalıyıq. Avrokuboklarda ən azından keçən ilki uğurumuzu təkrarlamalıyıq. Komandaya yeni oyunçular qoşulsa da, bu gün "Neftçi" köhnə oyun üslubunda oynayacaq"
 
sportarena.az

Xəbər xətti