"Xəzər Lənkəran" - "Fənərbağça" oyunu canlı yayımlanacaq

15:50 - 17 İyul 2013

Matçı "İdman Azərbaycan" telekanalı azarkeşlərə göstərməyi planlaşdırır
 
Məlum olduğu kimi, iyulun 21-də Türkiyənin “Fənərbağça” klubu ilə “Xəzər Lənkəran” arasında yoxlama oyunu keçiriləcək.
 
Sportal.az xəbər verir ki, Lənkəranda baş tutacaq qarşılaşma canlı yayımlanacaq.
 
Bu matçı “İdman Azərbaycan” telekanalı azarkeşlərə göstərməyi planlaşdırır.
 
Qeyd edək ki, “Xəzər Lənkəran” – “ Fənərbağça ” yoldaşlıq görüşü iyulun 21-də Lənkəran şəhər stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

Xəbər xətti