"Bakı" - "Donji Srem" 1:4 VİDEO

17:31 - 17 İyul 2013

Pantiçin ilk məğlubiyyəti

 

"Bakı" FK-nın Avstriyadakı təlim-məşq toplanışı davam edir.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi iyulun 16-da Serbiyanın "Donji Srem" klubu ilə yoldaşlıq oyunu keçirib.

 
Qarşılaşma rəqibin 4:1 hesablı qələbəsilə başa çatıb. "Bakı"nın təsəlli qolunu 73-cü dəqiqədə Əfran İsmayılov penaltidən vurub.
 
Həmin gün komandanın düşərgəsinə daha beş futbolçu qoşulub. Bunlar Bakıda təşkil olunmuş Hərbçilər arasında Dünya Kubokunda iştirak edən Elvin Məmmədov, Rəhman Hacıyev, Cavid Hüseynov, Aqil Məmmədov və bərpa prosesi keçən Kamran Ağayevdir. 
 

Xəbər xətti