Con Toşak: "Mən bu komandaya inanmasaydım, İsrailə gətirməzdim"

22:43 - 17 İyul 2013

"Bu oyunda "Slima" ilə cavab matçındakı heyətə üstünlük verəcəyik"

 

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Hayfada “Makkabi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşakın az öncə mətbuat konfransı keçirilib.

 

Sportal.az  "Apasport" saytına istinadən xəbər verir ki, “Kiryat Eliezer” stadionunda baş tutan tədbirdə uelsli mütəxəssis öncə İsrailə gəldiyi üçün məmnun olduğunu bildirib.

 
“İlk dəfədir İsrailə gəlirəm” – deyən Toşak ardından jurnalistlərin suallarını cavablandırıb.
 
“Türkiyə mətbuatına müsahibənizdə “Makkabi” səddini keçməyin mümkünlüyünü demisiz. Bunu komandanızın gücünə, yoxsa böyük təcrübəyə malik olduğunuza əsaslanıb iddia edirsiniz” sualına uelsli çalışdırıcı qısa cavab verib: Mən bu komandaya inanmasaydım, İsrailə gətirməzdim. 
 
Rəqib haqda danışan Toşak “Makkabi”nin bəzzi oyunlarını izlədiyini söyləyib: “Rəqibin bəzi oyunlarına baxmışıq. Amma buna əsasən komandanın həqiqi gücünü bilmək çətindir. Çünki mövsüm təzə başlayır, komandalar hələ tam formalaşmayıblar, hazır vəziyyətdə deyillər. Bununla belə, son günlər bizim üçün də çətin olub. İyunun 20-dən indiyədək çox səyahətlər etmişik. Əvvəl Azərbaycandan Almaniyaya, ardından Almaniyadan Maltaya getmişik. Maltanın “Slima” klubu ilə oyundan sonra yenidən Bakıya, Bakıdan Lənkərana, indi isə Hayfaya gəlmişik. Bu, mövsümlərarası fasilədə həddindən artıq çox səyahətdi”. 
 
“Siz “Liverpul”, Madrid “Real”ı kimi komandalarda çalışmısınız. Azərbaycan, Malta və İsrail kimi ölkələrin çempionatlarının səviyyəsini necə görürsünüz” sualını isə Toşak belə cavablandırdı: “Mən hazırda “Xəzər Lənkəran”dayam və əlimdən gələnin ən yaxşısını komanda üçün etməyə çalışıram”. 
 
Sabahkı qarşılaşmaya gəlincə, Toşak hələ hansı taktikaya üstünlük verəcəyini müəyyənləşdirmədiyini vurğulayıb: “Sabah hansı taktika ilə oynayacağımız bəlli deyil. Çünki mövsümün əvvəli olduğundan bunu müəyyənləşdirməmişik. Amma çox güman ki, bəzi dəyişikliklər olmaqla “Slima” ilə cavab matçındakı heyətə üstünlük verəcəyik”. 

Xəbər xətti