"Sumqayıt" gürcü klubunu məğlub etdi

23:15 - 17 İyul 2013

Təmsilçimizdən 3 cavabsız qol

 

Gürcüstanın Batumi şəhəri yaxınlığında təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxıb.
 
Sportal.az xəbər verir ki, təmsilçimizin rəqibi “Mertsxali” klubu olub. 
 
Batumi mərkəzi şəhər stadionunda keçirilən qarşılaşmada “Sumqayıt” Gürcüstanın 1-ci dəstə təmsilçisini 3 cavabsız qolla məğlub edib.
 
 
 
Yoxlama oyunu
17 iyul
 
 
Mertsxali (Gürcüstan) – Sumqayıt (Azərbaycan) – 0:3
Qollar: Ruslan Nəsirli, 12; 51, Vurğun Hüseynov, 47

Xəbər xətti