Mirel Yosa "Neftçi" ilə heç-heçədən danışdı

23:58 - 17 İyul 2013

"Mən heç bir futbolçuya yerdə qalmağı tapşırmamışdım"

 

“Biz bilirdik ki, çox güclü futbolçuları, daha yaxşı təşkil olunmuş komandaya qarşı oynayacağıq. Mən dünən burda mətbuat konfransında edim ki, ən təhlükəli futbolçular hansılardır və onlardan ehtiyatlanmaq lazımdır.

 
Sportal.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Neftçi”i ilə 0:0 hesablı bərabərlikdən sonra "Skenderbeu"nun baş məşqçisi Mirel Yosa deyib. Oyundan sonra keçirilən mətbuat konfransında təcrübəli çalışdırıcı bu sözləri deyib:
 
"Bizim üçün vacib şeylərdən biri o idi ki, “Neftçi” eyni heyətlə, hazırlıq dövründəki kimi oynayırdıq Mərkəzdən birbaşa hücumçuya ötürmə verməyə çalışırdıq. “Neftçi” üçün 0:0 hesabı heç nə demək deyil. Ancaq bizim üçün təhlükəli olacaq. Çünki “Neftçi” 1 qol vursa, biz ikisini vurmalıyıq. Buna görə 2 oyun haqda danışmışdım. İlk hissəni bitib, cavab matçına konsentrasiyamızı yönəltmək istəyirik. Evdə mərkəzdə və hücumda daha yaxşı oynamağa çalışacağıq. “Tiranaya qayıdacağıq və ordan stadionunuza 170 kilometr getmək lazımdır. Mən xəyallarda deyiləm. Futbolçuların fiziki hazırlığından, döyüşməyindən razı qaldım. Rəqibə böyük hörmətimiz var. Bertuççi mənim üçün çox yaxşı futbolçudur. İlk hissədə bizə çox təhlükə yaratdı. Bəlkə də biz daha güclü komandaya qarşı oynayırdıq. Ancaq futbolçularımız bütün ürəklərini qoydular. Mən dəqiq bilirəm ki, daha çətin olacaq. Mən heç bir futbolçuya tapşırıq verməmişdim ki, yerdə qalsınlar. Sizinlə səmimi danışıram. Ancaq bilirsiniz ki, bir komanda “Neftçi”yə qarşı oynayırsınızsa, belə etməlidir. Məncə, siz İtaliya “İnter”ə qarşı oynayanda da belə edirsiniz. Ola bilər ki, belə deyildi”.

Xəbər xətti