Kaxaber Sxadadze: "Tromse"ni artıq yaxşı tanıyırıq"

01:33 - 18 İyul 2013

"Onlar haqda çox şey bilirik və bu hər hansı sürpriz etmək üçün yetərli olacaq"

 

"Biz artıq 2013-cü ildə yaşayırıq və internet üzərindən istənilən rəqib haqda məlumat toplamaq mümkündür. Sözümə qüvvət olaraq deyə bilərəm ki, "Tromse"ni artıq yaxşı tanıyırıq".

 
Sportal.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze "Tromse" ilə oyunöncəsi keçirilən mətbuat konfransında deyib. Rəqibi yaxşı danıdıqlarını deyən gürcü mütəxəssis fikrini belə izah edib:
 
"Tromse"nin bizə nisbətən Avropada təcrübəsi daha böyükdür. Rəqib yaxşı komandadır. Özünəməxsus oyun üslubları var. Rəqibə hörmətlə yanaşırıq. Onlar haqda çox şey bilirik və bu hər hansı sürpriz etmək üçün yetərli olacaq".

Xəbər xətti