Alvaro Silva "Xəzər Lənkəran"dan ayrıldı

02:18 - 19 İyul 2013

İspaniyalı futbolçu ölkəsinə getdi

 

“Xəzər Lənkəran”ın futbolçusu Alvaro Silva Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Hayfa) ilə İsraildəki oyunundan dərhal sonra İspaniyaya yollanıb.
 
Sportal.az "Apasport" saytına istinadən xəbər verir ki, buna səbəb müdafiəçinin övladının dünyaya gəlməsidir.
 
Komandanın baş məşqçisi Con Toşakdan icazə alaraq vətəninə yollanan Alvaro iyulun 25-də baş tutacaq cavab oyununadək Lənkərana qayıdacaq. İspaniyalı legioner iyulun 21-də Türkiyənin “Fənərbaxça” klubu ilə yoldaşlıq oyununda iştirak edə bilməyəcək.
 
Qeyd edək ki, “Xəzər Lənkəran” Hayfada “Makkabi”yə 0:2 hesabı ilə uduzub. 

Xəbər xətti