"Trabzonspor" irlandiyalı rəqibini darmadağın etdi VİDEO

04:44 - 19 İyul 2013

Qaradəniz təmsilçisi yeni mövsümə inamlı başladı

 

Ötən gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu doğma arenada İrlandiya təmsilçisi "Derri Siti"ni 4:2 hesabı ilə məğlub edub. Ötən mövsüm Türkiyə Superliqasında çox zəif təsir bağışlayan klub yeni prezidenti və məşqçilər heyəti ilə bu mövsümə tam fərqli hazırlanır.

 

Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunları
18 iyul
 
“Trabzonspor” (Türkiyə) - “Derri Siti” (İrlandiya) – 4:2
Qollar: Myerejevski, 10, Enrike, 16, Molloy, 39-avtoqol, Kaçar, 52 - Makdeyd, 24, Kavanaq, 32

Xəbər xətti