Namiq Yusifov: "Nəticəni ideal saya bilmərik"

11:33 - 19 İyul 2013

"Amma növbəti mərhələyə adlayacağımıza ümidimiz var"
 
"Qarabağ”ın futbolçusu Namiq Yusifov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Piast” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Sportal.az saytına müsahibəsində o, 2:1 hesabıyla qalib gəldikləri oyunla bağlı bunları dilə gətirib:
 
“Əlbəttə, biz bu nəticəni ideal hesab edə bilmərik. Amma növbəti mərhələyə adlayacağımıza ümidimiz var. Polşada zəif komanda yoxdu. “Piast” da Bakıdakı oyunda özünü yaxşı tərəfdən göstərə bildi. Lakin bizim şansımız var. Sadəcə, səfərdə duruş gətirməyi bacarmalıyıq”.

Xəbər xətti