"Onlar bizə qarşı çox ciddi şəkildə pressinq tətbiq edirdilər"

12:29 - 19 İyul 2013

Rəşad Sadıqov: "Amma şanslar bərabərdir"
 
"Əlbəttə ki, qol buraxmağımız yaxşı olmadı. Amma sonradan Allahın köməyi ilə özümüzdə güc tapıb, hesabı bərabərləşdirdik. Daha sonra isə qələbə qolunu vurduq. Ən azından qələbə qazandıq. Amma bilirik ki, bizi qarşıda daha çətin oyun gözləyir”.
 
Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın və Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib. Dünən keçirilən “Qarabağ” – “Pyast” (2:1) oyunundan sonra fikirlərini açıqlayan 31 yaşlı kapitan hər iki komandanın şanslarını bərabər dəyərləndirib:
 
“Onlar bizə qarşı çox ciddi şəkildə pressinq tətbiq edirdilər. Açığı, gözlənilməz oldu. Amma şanslar bərabərdir. Onlar atletik futbol oynayırlar, çox qüvvətlidirlər və ikinci mərtəbədə çox güclüdürlər”.
 
Sadıqov sonra oyunu heç cür alınmayan yeni forvard Nikolaz Gelaşvili barədə sualdan yayınıb:
 
“Gelaşvili barədə heç nə demək istəmirəm”.
 
Qeyd edək ki, “Pyast” – “Qarabağ” oyunu iyulun 25-də reallaşacaq.

Xəbər xətti