"Rövnəq Abdullayev nə qədər ki oradadı, futbolumuz inkişaf etməyəcək"

16:43 - 19 İyul 2013

Natiq Muxtarlı: "Qurban Qurbanov kimi insanın nüfuzunu aşağı salacaqlar"

 

“Əslində biz fikirləşəndə tamam başqa problem yaranır.  Mən düşünürəm ki, AFFA başlayacaq dünyanı gəzməyə. Harada ağıldan kəm, vaxtı keçmiş, alkaş var axtarıb gətirəcək.  Neçə illər Foqtsla Azərbaycanın başını aldatdılar".

 

Bu sözləri Sportal.az-a açıqlamasında Komanda qəzetinin redaktoru Natiq Muxtarlı deyib. Muxtarlı Elxan Məmmədovun Foqtsla bağlı fikirlərə münasibət bildirib:

 

Mən hesab edirəm ki, Qurban Qurbanovu milliyə gətirib yandırmaq istəyirlər. Bir ildə də Foqtsa yaratdığı şəraiti yaratmayacaqlar. AFFA-da baş verən daxili çəkişmələr milli komandaya təsirini göstərəck və Qurban Qurbanovun yaratdığı milli komanda fiaskoya uğrayacaq. Qurban Qurbanov kimi insanın nüfuzunu aşağı salacaqlar. Azərbaycan futbolunda köklü dəyişiklər təkcə Foqtsun istefası ilə bitmir. Azərbaycan futbolunda köklü dəyişiklik olması üçün Rövnəq Abdullayev, Elxan Məmmədov istefa verməlidir. AFFA tam tərkibdə dəyişməlidir. Foqts göndərib başqasını gətirməklə iş bitmir. Rövnəq Abdullayevlə Elxan Məmmədov nə qədər oradadır, Azərbaycanda futbol olmayacaq. Bu gün mənim üçün əsas baş məşqçinin istefası maraqlı deyil. Mənim üçün əsas Rövnəq Abdullayevin istefasıdı”. 

Xəbər xətti