"Barselona" baş məşqçisiz qaldı

00:48 - 20 İyul 2013

Tito Vilanova komandanı tərk etdi

 

“Barselona”nın baş məşqçisi Tito Vilanova baş məşqçilik vəzifəsindən gedib. Sportal.az xəbər verir ki, Vilanovanın komandada müvəqqəti vəzifəsini isə onun köməkçisi Rubi icra edəcək. 
 
İspaniya mətbuatının yazdığına görə, təcrübəli çalışdırıcının səhhəti pisləşdiyi üçün komandanı tərk edib. 44 yaşlı çalışdırıcıda xərçəng xəstəliyi yenidən büruzə verdiyi üçün o, işini davam etdirməyə özündə güc tapmayıb. 
 
Qeyd edək ki, Ötən mövsüm qulaq vəzinində şiş aşkarlanan Vilanova iki ayını ABŞ xəstəxanasında keçirib.

Xəbər xətti