“Neftçi” Azərbaycanda ən varlı klubdur”

13:45 - 20 İyul 2013

Bu sözləri "Şaxtyor"un baş məşqçisi dedi

 

"Neftçi" Azərbaycanda ən varlı klubdur".

 

Sportal.az xəbər verir ki, bu sözləri Qazaxıstanın “Şaxtyor” klubunun baş məşqçisi Viktor Kumıkov deyib. Karaqanda təmsilçisinin çalışdırıcısı iştirak etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsində potensial rəqibləri olan “Neftçi” ilə Albaniyanın “Skenderbeu” klubunu dəyərləndirib. Belə ki, “Şaxtyor” Belarusda 1:0 hesabı ilə yendiyi BATE-ni keçərsə, Azərbaycan və Albaniya çempionlarının qalibi ilə üzləşəcək. Kumıkov hələ növbəti rəqib haqda düşünmək istəmir: 

 

“Skenderbeu” Albaniyada son 3 ildə ən güclü klub olub. Komandalar bizimlə müqayisə etməklə, yetərincə yüksək səviyyədədirlər. BATE istənilən halda güclüdür. Əgər belarusluları keçsək, növbəti rəqiblər haqda düşünəcəyik”. 

 

Qeyd edək ki, “Neftçi” evdə keçirdiyi oyunda qolsuz bərabərlik edib. 

Xəbər xətti