"Sumqayıt" növbəti yoxlama oyununa çıxır

16:09 - 20 İyul 2013

Rəqib "Merani Martvili"dir
 
Növbəti mövsümə hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən "Sumqayıt" bu gün qonşu ölkədə ikinci  görüşünə çıxır. 
 
Sportal.az xəbər verir ki, Aqil Məmmədovun yetirmələri Premyer Liqa təmsilçisi "Merani Martvili" ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, “Sumqayıt” bundan öncə birinci liqada yarışan “Mertsxali” ilə qarşılaşmış və 3:0 hesabıyla qalib gəlmişdi.

Xəbər xətti