"Xəzər Lənkəran"ın da işi bizim işimiz kimidi" MÜSAHİBƏ

17:08 - 20 İyul 2013

Samir Zərgərov: "Bakıda onları məğlub edib növbəti mərhələyə keçməyə çalışacağıq"
 
"İnter"in yarımmüdafiəçisi Samir Zərgərovun Sportal.az-a müsahibəsi
 
- Səfərdə “Tromse”yə 2:0 hesabı ilə məğlub oldunuz. Bu oyun haqda nə deyə bilərsən?
- Məğlub olduq, amma mən deyərdim ki, biz onlardan yaxşı oynadıq. Statistika da göstərdi ki. biz onlardan üstün futbol nümayiş etdirdik. Yaranan qol vəziyyətlərindən istifadə edə bilmədik. Bakıda onları məğlub edib növbəti mərhələyə keçməyə çalışacağıq.
 
- Komandad nə problem var ki, bu qədər qol vəziyyətindən istifadə edə bilmiriniz?
- Komandad problem yoxdu. Finlandiyada iki qol vura bilmişdik və bu bacarıq bizdə var. Bu futboldu. Bəxt həmin görüşdə bizdən yana olmadı.
 
- Oyuna sonradan daxil oldun. Ümumiyyətlə rəqibi necə dəyərləndirirsən? “Tromse” meydanda necə görsənir?
- Rəqibə qıraqdan baxdım. Onların oyunlarını seyr etmişdim. Mənim düşüncəmə görə onları keçə bilərik. Oyuna daxil olanda hiss etdim ki, elə də güclü rəqib deyil ki, biz onları Bakıda məğlub edə bilərik.
 
- “İnter”i adətən səfər komandası adlandırırlar, amma səfərdə məğlub oldunuz. Necə düşünürsən Bakıda da uğursuzluğa düçar ola biləriniz?
- Mən belə düşünmürəm.Ümüdümüzü hələ üzməmişik. Səfərdə biz həmişə yaxşı oyun nümayiş etdirmişik. İnde elə bir vəziyyət olmasın və Bakıda rəqibi mütləq məğlub edə bilək.
 
- Şansları necə dəyərləndirirsən?
- Mən şansları 50-50-yə görürəm. “Tromse”ni yaxşı tanıdıq. Burada da onları yaxşı analiz edəcəyik. Orada buraxılan səhvləriburada eləmərik.
 
- Yəqin ki, digər komandalarımızn oyunlarına baxmısan. Necə dəyərləndirirsən təmsilçilərimizin çıxışını?
-  Onların da rəqibləri çətin rəqiblər idi. “Qarabağ” layiqli qələbə qazandı. “Xəzər Lənkəran”ın da işi bizim işimiz kimidi. Onlar da məğlub oldular. Komandalar var ki, 2:0 məğlub olur, gəlib evdə 3:0 hesabı ilə qalib gəlib növbəti mərhələyə keçirlər.
 
- “Neftçi”nin “Skenderbeu” ilə şanslarını necə dəyərləndirirsən? Burada 0:0-lıq nəticə qeydəalındı. Orada qalib gələ bilərlər?
- Mən deyərdim ki, “Neftçi” onlardan 3 baş güclü komandadı. İnanıram ki, orada qələbə qazanacaqlar.
 
- “İnter” azarkeşlərinə növbəti mərhələyə keçəcəyinizə söz verirsən?
- Söz verirəm ki, əlimizdən gələni edəcəyik ki, bu mərhələni keçək. İlboyu çalışırıq ki, avrokuboklarda iştirak edək. İstəmirik ki, belə tez vidalaşaq. İnanıram ki, hər şey bizim üçün yaxşı olacaq.
 
Ayaz İBRAHİMOV

Xəbər xətti