Albaniya mətbuatı "Neftçi" fanatlarına ilişdi

18:23 - 20 İyul 2013

Daha "facebook"da görünmürlər
 
 
Çempionlar Liqasının II mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Neftçi" ilə 0:0 oynaması Albaniya çempionu "Skenderbeu"nun düşərgəsində çox yüksək əhval-ruhiyyə yaradıb. Sportal.az xəbər verir ki,  albanlar bütünlüklə, futbolçulu, məşqçili, azarkeşli qələbəyə kökləniblər.
 
 
Ölkə mətbuatı, xüsusən də “Sport Panaroma” qəzeti oyunu diqqət mərkəzində saxlayır. Qəzet bu dəfə “Neftçi” fanatları barədə yazıb, daha doğrusu onlara ilişib:
 
 
"Oyundan öncə "Neftçi" düşərgəsində tamam başqa ab-hava var idi. Görünən budur ki, heç kim "Skenderbeu"dan bu cür oyun gözləmirdi və gözləmirdi. "Skenderbeu"nun facebookdakı səhifəsi hər gün "Neftçi" fanatlarının hücumuna məruz qalırdı. Hər kəs komandalarının qələbə qazanacağına hesablanmış özündənrazı komentlər yazırdı. Ancaq neçə gündür səsləri gəlmir”.
 
 
Qeyd edək ki, “Skenderbeu” – “Neftçi” oyunu iyulun 23-də keçiriləcək.

Xəbər xətti