"Fənərbaxça" Lənkərana əsas heyətlə gəldi VİDEO+ FOTOLAR

01:33 - 21 İyul 2013

İstanbul klubu "Xəzər Lənkəran"la yoldaşlıq oyunu keçirəcək

 

Bu gün yeni mövsümə hazırlıq çərçivəsində "Xəzər Lənkəran"la yoldaşlıq görüşü keçirəcək Türkiyənin "Fənərbaxça" klubu artıq Lənkərandadır.
 
Sportal.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, "sarı-lacivərdlilər" Lənkərana 23 nəfərlik heyətlə gəlib. Türkiyə təmsilçisini Lənkəran hava limanında çoxlu sayda "Fənərbaxça" azarkeşi qarşılayıb.
 
"Fənərbaxça" ölkəmizə aşağıdakı heyətlə gəlib:
 
Volkan Dəmirel, Sərkan Kırıntılı, Mərt Günok, Sərdar Kəsimal, Yozef Yobo, Bəkir İrtəgün, Həsən Əli Kaldırım, Bruno Alveş, Mikal Kadleç, Canər Ərkin, Miloş Krasiç, Mehmet Topuz, Əmrə Bəlözoğlu, Səlcuk Şahin, Kristian Baroni, Alpər Potuk, Mehmet Topal, Raul Meyreleş, Miroslav Stok, Dirk Kuyt, Samuel Holmen, Moussa Sou, Pier Vebo.
 
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Fənərbaxça" oyunu bu axşam saat 21:00-da başlayacaq.

 

Xəbər xətti