Tito Vilanovanın vida məktubu

02:31 - 21 İyul 2013

"Peşəkar həyatımda dəyişikliklərə səbəb olacaq xəstəliklə üzləşdim"

 

Səhhətindəki problemlər səbəbindən klubunu rəsmən tərk edən "Barselona"nın baş məşqçi Tito Vilanova bir vida məktubu yazıb. 
 
Sportal.az xəbər verir ki, məktubda hər kəsə təşəkkür edən Vilanova bu sözləri qələmə alıb:
 
"Hər kəsə və "Barselona"ya təşəkkür edirəm. Beş möhtəşəm ilin ardından komandanı çalışdırdım və "Barsa"nın bir parçası oldum. Ancaq bir il öncə peşəkar həyatımda dəyişikliklərə səbəb olacaq xəstəliklə üzləşdim. Mən bir çox gözəl anlarımı komandam və futbolçularımla paylaşdım. Mənə verilən hər şey üçün sonsuza qədər minnətdar olacağam. Bununla belə, həm komandada, həm də şəxsən mənə dəsyətini heç vaxt əsirgəməyən klubun idman direktoru Andoni Zubizarettaya təşəkkür etmək istəyirəm. Yenə klub üzvlərinə, azarkeşlərə və son bir neçə ayda mənə dəstək olan hər kəsə minnətdaram. Bunlar mənim üçün çətin anlardır. Mətbuatdan da anlayış gözləyirəm və ailəmlə bərabər rahatlıq və gizlilik istəyirəm. Dünyanın ən yaxşı komandasının məndən sonrakı baş məşqçisinə də uğurlar arzulamadan bu məktubu bitirə bilmərəm. Bir daha hər kəsə təşəkkür edirəm".

Xəbər xətti