"Simurq" məşqlərə ara vermir

11:17 - 21 İyul 2013

Komanda hazırlığını davam etdirir
 
Avstriyada təlim-məşq toplanışı keçən "Simurq" hazırlığın 9-cu günündə də iki məşqə çıxıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Georgi Çixradzenin yetirmələri səhər hazırlığına isinmə hərəkətlərindən sonra fiziki gücün artırılması ilə bağlı təmrinləri yerinə yetirib. Məşqin əsas hissəsində isə taktiki və texniki tapşırıqlar yerinə yetirilib. Qapıya zərbələrlə hazırlıq tamamlanıb. 
 
İki saata yaxın davam edən axşam məşqi isə əsasən taktiki təmrinlər üzərində qurulub. Qısa və uzun öturmələrdən sonra isə hazırlıq "kvadrat" oynamaqla davam edib. İki qrupa bölünən "sarı-qaralar" ikitərəfli oyun keçirdiblər. Məşqin sonunda isə cərimə zərbələrinin yerinə yetirilməsi ilə hazırlıq tamamlanıb. 
 
"Simurq" hazırlığın növbəti günündə iki məşqlə davam etdirəcək. İyulun 22-də isə Zaqatala təmsilçisi təlim-məşq toplanışının planına əsasən Avstriyada növbəti yoldaşlıq görüşünə çıxacaq.  

Xəbər xətti