"Şəhər Suriyaya yaxındı, elə bir yerdə yaşamaq istəməzdim"

12:28 - 21 İyul 2013

Sneyderin qardaşından maraqlı fikirlər
 
“Qalatasaray”ın hollandiyalı ulduzu Uesli Sneyderin özü kimi futbolçu qardaşı Rodni Sneyder “Şanlıurfaspor”a transferinin baş tutmama səbəbini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, Hollandiya mətbuatına danışan gənc oyunçu maraqlı fikirlər səsləndirib:
 
“Şanlıurfaspor” ilə görüşdük, ancaq razılığa gələ bilmədik. Məncə, hazırda komandamdan ayrılmağın sırası deyil. Hələ 22 yaşım var. Təcrübə toplamaq üçün Hollandiyada qalsam, daha yaxşı olar. Məni “Şanlıurfaspor”a transfer etmək üçün çox çalışdılar. Amma mən aşağı liqada oynamaq istəmirəm. Həmçinin klubun təmsil etdiyi şəhər Suriyaya yaxındı. Elə bir yerdə yaşamaq istəməzdim”. 
 
22 yaşlı futbolçu başqa klublarla da danışıqlar apardığını deyib. 

Xəbər xətti