Yovetiçdən sonra "Mançester Siti"nin yeni transferi FOTOLAR

12:54 - 21 İyul 2013

Komandanın "Sevilya"dan aldığı ikinci futbolçu
 
Digər klublar kimi “Mançester Siti” də heyətini yeni transferlərlə gücləndirməyə davam edir.
 
Sportal.az xəbər verir ki, ingilislər “Fiorentina”dan Stefan Yovetiçin keçidindən sonra daha bir transferi reallaşdırıb. Manuel Pelleqrininin komandası 28 milyon avro qarşılığında “Sevilya”dan Alvaro Neqredonu heyətinə qatıb. İspaniyalı futbolçu yeni komandasında 9 nömrəli forma altında çıxış edəcək. 
 
Qeyd edək ki, Neqredo “Mançester Siti”nin “Sevilya”dan etdiyi ikinci transferdir. Mançester təmsilçisi ondan əvvəl Xesus Navası da rənglərinə bağlayıb.
 
 

Xəbər xətti