"Rəvan" Serbiya təmsilçisi ilə bacarmadı

02:57 - 22 İyul 2013

"Sığortaçılar"dan qolsuz heç-heçə

 

Yeni mövsümə hazırlıqlarını Sloveniyada davam etdirən "Rəvan” dünən növbəti yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, Ramil Əliyevin komandası Serbiyanın "Çukariçki” klubu  ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Rəvan” ərazi üstünlüyünə malik olsa da, hesabı xeyrinə dəyişə bilməyib. Əsas diqqəti müdafiəyə ayıran, fiziki gücə söykənən futbol sərgiləyən serblər sona qədər qapısının toxunulmazlığını qoruya bilib. Beləliklə, oyun 0:0 hesabı ilə başa çatıb.

Xəbər xətti