"Simurq"un düşərgəsində iki yeni futbolçu

04:47 - 22 İyul 2013

Zaqatala təmsilçisinin növbəti rəqibi bəlli oldu

 
Yeni mövsümə hazırlığın üçüncü mərhələsini Avstriyada keçirən "Simurq" məşqlərə ara vemədən davam edir. Sportal.az kub saytına istinadən xəbər verir ki, komandanın ötəngünkü hazırlığı əsasən taktiki təmrinlər üzərində qurulub.
 
Georgi Çixradzenin yetirmələri topla qısa və uzun məsafəli ötürmələrdən sonra müxtəlif gedişli hücumların təşkilindən ibarət tapşırıqları yerinə yetirib. Günün son məşqində isə ikitərəfli oyunla hazırlıq tamamlanıb. 
 
Zaqatala təmsilçisi bu gün Avstriya toplanışı çərçivəsində ikinci yoxlama görüşünə çıxacaq. Komandanın rəqibi "İstanbul Böyükşəhir Bələdiyyəspor" olacaq. Qarşılaşma Bakl vaxtı ilə 20:30-da start götürəcək.
 
"Simurq" hazırlıqla yanaşı transfer çalışmalarınıda davam etdirməkdədir. Ötən gün klubun düşərgəsinə baxış üçün dəvət edilmiş daha iki futbolçu qoşulub. Bunlar yarımmüdafiəçi Patrik Osiako və müdafiəçi Dario Dakoviçdir. 
 
Qeyd edək ki, kenyalı Patrik ölkəsinin yığma komandasında da forma geyinir və onun son klubu İsrailin Ber-şeva şəhərinin təmsilçisi olan "Hapoel" klubu olub. 26 yaşlı Dakoviçin isə ötən mövsüm Avstriyanın "Vakker" komandasında forma geyinib. 

Xəbər xətti