Haynkesdən "Barselona"ya keçəcəyi ilə bağlı iddialara cavab

05:54 - 22 İyul 2013

"Bavariya"dan sonra başqa bir klubu çalışdırmağı qətiyyən düşünmürəm"

 

Münhen "Bavariya"sından ayrıldıqdan sonra məşqçi karyerasını başa vurduğunu rəsmən açıqlayan Yupp Haynkes "Barselona"da işləyəcəyi ilə bağlı yayılan iddiaları cavablandırıb.

 
Sportal.az xəbər verir ki, yenidən məşqçi işləməyi düşünmədiyini deyən alaman mütəxəssis fikrini belə izah edib:
 
"Hobbilərimlə və idmanla məşğul oluram. Böyük baxçam və heyvanlarım  var. "Bavariya"dan sonra başqa bir klubu çalışdırmağı qətiyyən düşünmürəm. Özümə və şəxsi həyatıma vaxt ayırdığım üçün çox xoşbəxtəm" - deyə Haynkes bildirib.
 
Qeyd edək ki, "Barselona"nın baş məşqçisi Tito Vilanova xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün istefa verib və Kataloniya klubu təcili məşqi axtarışına başlayıb.

Xəbər xətti