Yığma komandamızın Bakıda təlim-məşq toplanışı olacaq

12:30 - 22 İyul 2013

Sonra isə Malta ilə oyun keçiriləcək
 
Avqustun 11-dən 14-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq.
 
Sportal.az xəbər verir ki, toplanışın yekununda millimiz Malta ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Matç avqustun 14-də, saat 21:00-da, "Bakcell Arena"da baş tutacaq.

Xəbər xətti