"Skenderbeu"-"Neftçi" oyununa bilet qalmadı

17:56 - 22 İyul 2013

24 saat ərzində kassalarda bilet qalmayıb

 

“Skenderbeu”nun ÇL-nın  II təsnifat mərhələsində “Neftçi” ilə oyununda bilet satışında maraqlı hadisə yaşanıb.

 

Sportal.az xəbər verir ki, ötən cümə günortadan sonra satışa çıxarılan biletlər qısa müddətdə alınıb.  Belə ki, 3020 bilet 24 saat ərzində alınıb. Bu da yerli azarkeşlərin doğma komandalarının “Neftçi” ilə cavab oyununa böyük marağının olduğunu göstərir. Sürətli satış onunla da izah olunur ki, tribunalarda yenidənqurma işləri nəticəsində biletlərin sayı azaldılıb.

 

“Neftçi” ilə cavab matçında 3500 azarkeşin olacağı gözlənilir ki, bəziləri stadionun pilləkənlərində oturmalı olacaq.

Xəbər xətti