"Neftçi" futbol oynamağı bacaran komanda, çox çətin rəqibdir" MÜSAHİBƏ

11:17 - 23 İyul 2013

Mirel Yosa mətbuat konfransı keçirtdi
 
Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyunu ərəfəsində Albaniyanın “Skenderbeu” klubunun baş məşqçisi Mirel Yosa mətbuat konfransı keçirib.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis bu gün baş tutacaq qarşılaşma haqda danışıb.
 
- Qarşıdakı oyun haqda nə düşünürsünüz?
- “Neftçi”nin təhlükəli komanda olduğunu çox yaxşı bilirik. İlk oyunda qeydə alınan 0:0 hesabı bizi cütün favoritinə çevirmir. Bu nəticə yalnız oyunumuzu yaxşılaşdırmağa nikbin baxmaq imkanı verir. Maliyyə baxımından varlı klubla oynayırıq ki, imkanları onlara istədikləri kimi hazırlaşmaq imkanı verir.
 
- İlk oyunla müqayisədə heyətdə dəyişiklik olacaq?
- Hər zaman nəyi isə dəyişmək imkanı var. Oyun planında isə çox diqqətli oynamalıyıq. Amma öz qapımızda da oturası deyilik
 
- Yarımmüdafiədə daha çox futbolçuya yer verməyiniz nə ilə bağlıdır?
- Biz müdafiə olunmağı deyil, hücumu da düşünürük.
 
- “Neftçi”dən qorxursunuz?
- İlk qarşılaşmada uduzmadığımızdan indi də qorxmuruq. Sadəcə ehtiyatlı olmalıyıq. Arxaya çəkilib müdafiə olunmamalıyıq. Amma həddən artıq diqqətli olmaq fikrindəyik. Arxaya çəkilməklə “Neftçi”yə açıq meydan vermək olmaz. Bu üzdən orta sahədə daha sərt oynamalı, imkan düşəndə sürətli hücum qurmalıyıq.
 
- Futbolçularınıza nə tapşırmısınız?
- Susmağı. Çünki 0:0 hesablı heç-heçədən sonra mərhələ keçmək haqda danışmaq olmaz. “Neftçi” futbol oynamağı bacaran komanda, çox çətin rəqibdir. Onlar hesabı açsa işimiz çətin olacaq. Bizim üçün bu oyunda əsas qələbədir. Hətta gözəl oyun göstərməsək də. Çünki biz nəticəyə görə məsuliyyət daşıyırıq. Axı “Skenderbeu” ilk dəfə mərhələ keçə bilər. Ümid edirəm ki, bəxtimiz gətirsə davamını gətirəcəyik. 

Xəbər xətti