"Əgər məğlub olsaq və mərhələni keçə bilməsək, istefaya gedəcəm"

11:33 - 23 İyul 2013

Böyükağa Hacıyev mətbuat konfransı keçirtdi
 
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" klubu ilə cavab qarşılaşmasına çıxacaq "Neftçi"məğlub olarsa, baş məşqçi Böyükağa Hacıyev istefaya gedəcək.
 
Sportal.az xəbər verir ki, bu haqda Albaniya mətbuatı məlumat yayıb. Belə ki, oyun öncəsi keçirdiyi mətbuat konfransında Hacıyev ilk dəfə bu ifadələri dilinə gətirib:
 
"Albaniyaya qələbə dalınca gəlmişik. Burada ancaq hücum futbolu oynayacağıq və çalışacağıq ki, qol vuraq, Əgər məğlub olsaq və mərhələni keçə bilməsək, istefaya gedəcəm".

Xəbər xətti