"Qarabağ"a qarşı keçirəcəyimiz cavab matçı öncəsi yaxşı işarədi"

11:33 - 23 İyul 2013

Ruben Xurado: "Komandamızın hücum xəttində yaxşı rəqabət var"
 
 
Polşanın “Piast” klubunun hücumçusu Ruben Xurado Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la cavab matçı öncəsi fikirlərini açıqlayıb. Sportal.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:

“Cracovia” üzərində qələbə bizim üçün Avroliqada “Qarabağ”a qarşı keçirəcəyimiz cavab matçı öncəsi yaxşı işarədi. Biz Azərbaycana yorucu səfərdən və məğlubiyyətdən sonra sağaldığımızı göstərdik. Komandamızın hücum xəttində yaxşı rəqabət var. “Cracovia” ilə oyunda çıxış edən hücumçular “Qarabağ”a qarşı oynayan forvardlardan pis olmadıqlarını isbatladılar”.
 
Qeyd edək ki, “Qarabağ”la “Piast” arasındakı ilk oyunda təmsilçimiz 2:1 hesabıyla qalib gəlmişdi. Cavab görüşü isə iyulun 25-də keçiriləcək.

Xəbər xətti