"Skenderbeu" - "Neftçi" matçı canlı yayımlanacaq

12:58 - 23 İyul 2013

"İdman Azərbaycan" telekanalı yenə iş başında
 
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Skenderbeu” – “Neftçi” oyunu canlı yayımlanacaq.
 
Sportal.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyun “İdman Azərbaycan” telekanlının canlı yayımında olacaq. 
 
Qeyd edək ki, bu rəqiblərin Bakıdakı dueli qolsuz heç-heçə ilə yekunlaşmışdı.

Xəbər xətti