"Simurq" 3 futbolçu ile bağlı qərarı nə vaxt verəcək?

13:05 - 23 İyul 2013

"Başiktaş"la oyundan sonra onların taleyinə  aydınlıq gələcək
 
Avstriyada təlim-məşq toplanışında olan "Simurq"un düşərgəsində 3 futbolçu baxışdadır. Bunlar Hücumçu Eudi Silva, yarımmüdafiəçi Patrik Osiako və müdafiəçi Dario Dakoviçdir.
 
Bu barədə Sportal.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Klub rəsmisi həmin futbolçularla bağlı çox gümanki "Beşiktaş"la oyundan sonra qərar veriləcəyini açıqlayıb:
 
 
"Həmin futbolçular hal-hazırda baxışdadır. Onlarla bağlı qərar çox gümanki "Beşiktaş"la oyundan sonra veriləcək. Baş məşqçimiz Georgi Çıxradze kimin komandada qalıb-qalmayacağına aydınlıq gətirəcək".

Xəbər xətti