"Böyükağa müəllim bu gün bütün Azərbaycanı sevindirəcək"

15:32 - 23 İyul 2013

Elxan Abdullayev: "Neftçi" hal-hazırda "Skenderbeu"nu bütün komponentlərdə üstələyir"
 
“Böyükağa müəllim yəqin ki, zarafat edib. O, heç hara gedən deyil. Çünki Böyükağa müəllim bizi sevindirəcək. “Neftçi” bu gün ya udacaq, ya da heç-heçə oynayacaq".
 
Bu sözləri Sportal.az-a açıqlamasında futbol mütəxəssisi Elxan Abdullayev deyib. Abdullayev "Flaqman"ın səfərdə sərfəli nəticə qazanıb növbəti mərhələyə çıxacağını vurğuladı:
 
“Neftçi” Albaniya təmsilçisi ilə ilk oyunda göründü ki, biz onlardan qat-qat güclüyük. Albaniyada mən “Skenderbeu”nun iki qolunu görmürəm. Rahatlıqla deyə bilərəm ki, “Neftçi” bu mərhələni keçəcək. Hamı deyir ki, əgər qat-qat güclü idisə, evdə məğlub edərdilərdə onları. Bu futboldu. Mən də belə deyirəm: "Biz də getdik İtaliyanın “İnter”i ilə heç-heçə oynadıq. “Neftçi” onlardan güclüdü? Mən hesab edirəm ki, qarşıda hələ bir oyun var və oyunun nəticəsini gözləməliyik. İnanıram ki, növbəti mərhələyə məhz “Neftçi” çıxacaq.
 
“Neftçi” hal-hazırda “Skenderbeu”nu bütün komponentlərdə üstələyir. “Flaqman”nın heyətinə texnikalı futbolçular çoxdu. “Skenderbeu”nun heyətində də zəif oyunçular yoxdu, amma mən deyirəm ki, “Neftçi” onlardan keyfiyyətli komandadır. “Bate” öz meydanında Qazaxıstan “Şaxtyor”una məğlub oldu, amma gedib orada qalib gələcək”.

Xəbər xətti