"Piast" - "Qarabağ" oyununa artıq 5000 bilet satılıb

16:37 - 23 İyul 2013

Matç iyulun 25-də keçiriləcək
 
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la Polşa “Piast”ı arasında keçiriləcək cavab matçının biletləri satışa çıxarılıb.
 
Sporta.az xəbər verir ki, artıq bu oyuna 5000 bilet satılıb.
 
Lakin bu görüşə Polşada maraq çox böyükdü. Tezliklə bütün biletlərin satılıb qurtarması gözlənilir.
 
Maraq üçün bildirək ki, “Piast” stadionu 10 000 azarkeş tutumuna malikdi.
 
“Piast” – “Qarabağ” görüşü iyulun 25-də keçiriləcək. İlk oyunda Ağdam klubu 2:1 hesabıyla qalib gəlib.

Xəbər xətti