"Araz" "Arsenal"da çıxış etmiş qapıçı alır

17:02 - 23 İyul 2013

Qapıçı sabahdan məşqlərə qoşulacaq

 

Yeni mövsüm I divizionda çıxış edəcək Naxçıvanın "Araz" klubu Ukraynanın "Arsenal Kiyev"inin əvəzedici komandasında çıxış etmiş Özal Abıyevı baxışa dəvət edib.

 

Sportal.az xəbər verir ki, qapıçı artıq Naxçıvandadı. Bir neçə gündən sonra isə qapıçı ilə müqavilə bağlanılacağı bildirilir.

 

Qeyd edək ki, Özal Abıyev 1994-cü ildəndi və Bakıda "Avanqard", Ukraynada "Dinamo Kiyev" və "Arsenal Kiyev"in aşağı yaş qruplarında çıxış edib.

Xəbər xətti