Con Toşakın mətbuat konfransının vaxtı məlum oldu

18:06 - 23 İyul 2013

"Makkabi"nin 54 nəfərlik heyəti bu axşam Lənxərana gəlir

 

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Xəzər Lənkəran” – “Makkabi” (Hayfa) oyunundan öncə keçiriləcək baş məşqçilərin mətbuat konfranslarının vaxtı məlum olub.

 

Sportal.az xəbər verir ki, belə ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın mətbuat konfransı sabah, iyul ayının 24-də saat 20:00-da keçiriləcək. Qonaq komandanın oyun öncəsi son məşqi saat 21:00-da baş tutacaq və məşqin ilk 15 dəqiqəsi KİV üçün açıq olacaq. “Makkabi” (Hayfa) klubunun baş məşqçisi Benido Arielin mətbuat konfransı məşqdən 30 dəqiqə əvvəl, saat 20:30-da baş tutacaq.

 

Xatırladaq ki, qonaqların 54 nəfərlik heyəti bu gün axşam saatlarında Lənkərana çarter reysi ilə təşrif buyuracaq. 

Xəbər xətti