"Skenderbeu" - "Neftçi" 1:0 VİDEO

02:37 - 24 İyul 2013

Təmsilçimiz mərhələ adlaya bilmədi

 

UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Neftçi" ötən gün ikinci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, təmsilçimiz səfərdə Albaniyanın "Skenderbeu" klubuna 1:0 hesabı ilə məğlub olub. Əsas vaxtı qolsuz başa çatan matçın əlavə olunmuş vaxtının ikinci hissəsində hesabı açan albanlar "ağ-qaralar"ı Avropa turnirlərindən kənarlaşdırıb.

 

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi (Cavab oyunu)
23 iyul
 
"Skenderbeu" (Albaniya) - "Neftçi" (Azərbaycan) - 1:0 (ilk oyun - 0:0)
Qol: Orelesi, 116
Qırmızı vərəqə: İqor Mitreski, 90+2
 
Skenderbeu. Korca. Saat 23:00
Hakimlər: Pawel Gil, Piotr Sadczuk, Marcin Borkowski, Paweł Raczkowski (hakimlər briqadası Polşadandır)
UEFA nümayəndəsi: Richard Havrilla (Slovakiya)
Hakim-inspektor: Adrian D. Casha (Malta)
 
“Skenderbeu”: 1. Orqes Şehi, 3. Renato Arapi, 20. Ademir Ribeyro, 33. Marko Radas, 78. İvan Qvozdenoviç, 8. Nureddin Orelesi, 17. Gilman Lika, 31. Jetmir Sefa, 88. Sabiean Lilay, 10. Bledi Şkembi (k), 22. Pero Pejiç
Baş məşqçi: Mirel Yosa

“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Alexandr Karlos Kardosa, 3. Denis Kruz, 5. İqor Mitreski, 16. Buruno Bertuççi, 22. Mahir Şükürov (k), 9. Valensio Aleks Flavio, 10. Julius Vobay, 15. Erik Ramos, 25. Cavid İmamverdiyev, 11. Melvin Platje
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 32. Elvin Yunuszadə, 6. Rəşad Sadiqov, 7. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 14. Bahodir Nasimov,
Baş məşqçi: Böyükağa Hacıyev

Xəbər xətti