Böyükağa Hacıyev: "Bakıya qayıdan kimi, istefa verəcəm"

02:49 - 24 İyul 2013

"Siz bizi hakimin sayəsində məğlub etdiniz"

 

Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Skenderbeu” klubuna 1:0 hesabı ilə məğlub olan “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev  matçdan sonra fikirlərini bildirib.

 
Sportal.az xəbər verir ki, Azərbaycana qayıdanda istefa verəcəyini deyən təcrübəli çalışdırıcı fikrini belə izah edib:
 
“Çempionlar Liqasının oyunlarında belə zəif hakimlik olmamalıdı. Bir epizodda Cavidi vurdular, amma hakim heç bir cəza tətbiq etmədi. Albaniya çempionuna da demək istəyirəm ki, siz bizi hakimin sayəsində məğlub etdiniz. Bakıya qayıdan kimi, istefa verəcəm”.

Xəbər xətti