"Simurq" Türkiyə klubu ilə belə bərabərə qaldı VİDEO

02:58 - 24 İyul 2013

Zaqatala təmsilçisi "İstanbul BB" ilə sülh bağladı

 

Avstriyada təlim-məşq toplanışı keçən "Simurq" cari ayın 22-də hazırlıq çərçivəsində ikinci yoldaşlıq görüşünə çıxıb.
 
Sportal.az xəbər verir ki, təmsilçimiz rəqibi ötən mövsüm Super Liqadan bir alt liqə düşən "İstanbul BB" olub. Qarşılaşmadan Zaqatala təmsilçisi 1:1 hesablı heç-heçə ilə ayrılıb. "Sarı-qaralar"ın matçda yeganə qolunu oyunun 25-ci dəqiqəsində yeni transfer Taqim Novruzov vurub. 
 
"SİMURQ": Pavel Kapsa (Amil Ağacanov, 46"), Tural Axundov, Anderson Oliveyra, Ruslan Poladov (Dario Dakoviç, 46"), İlkin Qırtımov, Dilaver Zrnanoviç (Rövşən Əmiraslanov, 46"), Orxan Səfiyaroğlu, Stepan Polyak (Patrik Osiako, 46") (Ruslan Qetman, 77"), Nenad Kiso, Taqim Novruzov (Rəşad Eyyubov, 46), Eudi Silv (Salif Ballo, 67")
 
"İstanbul BB": Eser Altın (Oğuzxan Bahadır, 46"), Mahmut (Qeraldes, 46"), Can Arat, Orxan, Tayfun (Fərhat, 46"), Zeki (Yunus Emre, 46"), Alaattin Tosun (Fevzi, 46"), Edin (Zenke, 46"), Ömer Can (Turqay, 75"), Tom (Rizvan, 18"), Mehmet Batdal (Murat Yılmaz, 46")

 

Xəbər xətti