Tale Heydərov Almaniyada "Qəbələ" kollektivi ilə görüş keçirdi

03:11 - 24 İyul 2013

Klub prezidenti "ağ-qaralar"ın "Gənclərbirliyi ilə matçını izlədi"

 

"Qəbələ" - "Gənclərbirliyi" (3:1) matçını izləyən "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov qarşılaşmanın ardından komandanın texniki və futbolçu heyəti ilə görüş keçirib.
 
Sportal.az klub saytına istinadən xəbər verir ki, görüş zamanı kollektivi gözəl oyuna və qələbəyə görə təbrik edən Tale Heydərov "Qəbələ"ni qarşıda çətin və məsulliyyətli dövrün gözlədiyini bildirib. Heydərov həm məşqçi, həm də futbolçu heyətinə inandığını, mövsümün sonunda "Qəbələ"nin istənilən nəticəni əldə edəcəyinə şübhə duymadığını bildirib, Azərbaycan Premyer Liqası və Ölkə Kubokunda uğurlar arzulayıb. 
 
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin prezidentə komandaya yaradılan şərəaitə görə təşəkkür edib və onlara olan güvənin qarşılığını vermək üçün səylə çalışacaqlarını vurğulayıb. Görüşün sonunda Tale Heydərov komanda üzvləri ilə birlikdə xatirə şəkili çəkdirib. Klub prezidenti daha sonra "Qəbələ" kollektivi üçün təşkil olunmuş şam yeməyində iştirak edib. 

Xəbər xətti