Mirel Yosa: "Neftçi" məğlubiyyətlə barışa bilmədiyinə görə hakimlikdən danışır"

05:59 - 24 İyul 2013

"Oyunçularım ilk dəqiqələrdən sona kimi qələbəyə köklənmişdilər"

 

UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, təmsilçimiz "Neftçi"ni 1:0 hesabı ilə məğlub edərək turnirdən kənarlaşdıran Albaniyanın "Skenderbeu" klubunun baş məşqçisi Mirel Yosa matçdan sonra qələbəni şərh edərkən bu sözləri deyib:

 

“Biz fantastik matç keçirdik. Oyunçularım ilk dəqiqələrdən sona kimi qələbəyə köklənmişdilər. “Skenderbeu” güclü rəqibə qalib gəldi. Futbolçularımla fəxr edirəm. Azərbaycanlılar hakimlikdən şikayətlənirlər? Yəqin ki, onlar qələbə ilə barışa bilmədiklərinə görə belə danışırlar”.

Xəbər xətti