"Bu vəzifəyə layiq görüldüyüm üçün çox xoşbəxtəm"

12:07 - 24 İyul 2013

Xerardo Martinodan ilk açıqlama
 
“Barselona”nın yeni baş məşqçisi Xerardo Martino jurnalistlər qarşısına çıxıb.
 
Sportal.az xəbər verir ki, Argentinada mətbuat konfransı təşkil edən Martino məsələ ilə əlaqədar ilk açıqlamasını verib:
 
“Barselona”da bu heyətlə, xususilə də Messi ilə işləmək istəməyən məşqçi yoxdu. Qıraqdan baxanda bu komandanı daha da yaxşı etmək o qədər mümkün görünmür. Amma mənim işim bunu etmək olacaq. Bu vəzifəyə layiq görüldüyüm üçün çox xoşbəxtəm. Hər şeyin yaxşı olacağına inanıram. 
 
“Barselona” yeni mövsümə hazır olacaq. La Liqa, super kubok, iştirak etdiyimiz bütün turnirlərə hazır başlayacağıq”. 

Xəbər xətti