"Bu azarkeşlərlə daha yüksəklərə çıxa bilərik"

15:26 - 24 İyul 2013

Oqres Şehi: "Bunu bütün azarkeşlərimizə həsr edirik"
 
"Komandamızı təbrik edirəm. Klub əməkdaşlarına xüsusi minnətdarlığımı bildirirəm".
 
Sportal.az xəbər verir ki, bu sözləri Albaniyanın “Skenderbeu” klubunun qapıçısı Oqres Şehi deyib. O, klubun “Facebook” səhifəsinə Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə oyunla bağlı fikirlərini açıqlayıb:
 
“Göstərdiyimiz oyunu bəyəndim. Bunu bütün azarkeşlərimizə həsr edirik. Onlar da bizim kimi bu gün yaxşı idilər. Bu azarkeşlərlə daha yüksəklərə çıxa bilərik”. 

Xəbər xətti