"Neftçi" üzərində qələbədən sonra komandama 100 min avro mükafat verdim"

15:54 - 24 İyul 2013

"Skenderbeu"nun prezidenti futbolçularının oyunundan razı qaldı

 

“Neftçi”ni Çempionlar Liqasında mübarizədən kənarlaşdıran Albaniyanın “Skenderbu” klubunun prezidenti Ardian Takay sözügedən qarşılaşmadan öncə bildirmişdi ki, əgər komandası Azərbaycan çempionunu üstələsə, kollektivə 100 min avro mükafat verəcək.

 

Sportal.az xəbər verir ki, Albaniya təmsilçisinin rəhbəri sözünün üstündə durub və fikirlərini belə bildirib:

 

“Neftçi”ni keçdik və qələbəyə görə komandaya 100 min avro mükafat verəcəyimi təsdiqləyirəm. Biz 120 dəqiqədə intensiv oynadıq, əzmkarlığımızı göstərdik. Buna görə futbolçulara minnətdarlıq etmək istərdim. Çünki onlar çox güclü rəqiblə oyunda nəticə qazandılar. Bu tarixi uğur təkcə klubumuzun yox, bütün Albaniya futbolunundu. Növbəti təsnifat mərhələsinə çıxmağımız çox vacibdir.

 

Həyəcanlı olduğumdan, çox danışa bilmirəm. Ancaq onu deyə bilərəm ki, düzgün yoldayıq. “Neftçi” ilə oyun nə qədər çətin olsa da, bu, artıq arxada qalıb. İndi növbəti rəqiblə oyunu düşünməliyik".

Xəbər xətti