"Qəbələ" "Alyans-Arena"da

07:41 - 25 İyul 2013

"Qırmızı-qaralar" Messiyə tamaşa etdi

 

İyulun 23-ü baş tutan "Qəbələ" - "Gənclərbirliyi" (3:1) sınaq matçından sonra Yuri Syomin komandasına birgünlük istirahət verib.
 
Sportal.az klub saytına istinadən xəbər verir ki, istirahəti yoxlama oyununun baş tutduğu Almaniyanın Münhen şəhərində keçirən "Qəbələ" günün ikinci yarısında “Alyans-Arena”ya yollanıb. 
 
Bu dəfə tamaşaçı qismində yer alan "qırmızı-qaralar" "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) yoxlama matçını izləyiblər. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə tamamlanıb. 

Xəbər xətti