"Qarabağ"ın yeni futbolçusu artıq Bakıdadı

07:58 - 25 İyul 2013

Braziliyalı yarımmüdafiəçi yeni klubu ilə müqavilə imzalayacaq

 

Yunanıstanın “Olimpiakos” klubunun braziliyalı yarımmüdafiəçisi Çumbinyo Bakıya gəlib.
 
Sportal.az xəbər verir ki, 27  yaşlı futbolçu artıq “Qarabağ”la bütün məsələlərdə razılığa və onun tezliklə yeni klubu ilə müqavilə bağlaması gözlənilir. Böyük ehtimalla bu, Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Piast”ı ilə cavab oyununa yollanan “Qarabağ” rəhbərliyinin vətənə dönüşündən sonra gerçəkləşək. Onunla iki illik müqaviləyə imza atılacaq.

Xəbər xətti