Türk klubu "Rustavi"ni snağa çəkib
Türkiyənin “Denizlispor” klubu Boludakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, baş məşqçisiz qalan Türkiyə təmsilçisi Gürcüstanın “Rustavi” klubunu sınağa çəkib.
Oyun “Denizlispor”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna Arif İsayev imza atıb. Onunla yanaşı, Saşa Yunisoğlu da oyunun iştirakçısı olub.
Qeyd edək ki, bu, Saşanın yeni komandasında ilk oyunu olub.