"Makkabi" ilə oyuna iynə ilə də olsa, çıxıb oynayacam"

14:16 - 25 İyul 2013

Rasim Ramaldanov: "Komanda olaraq bu oyuna çox ciddi hazırlaşmışıq"
 
Bildiyimiz kimi, "Xəzər Lənkəran"ın təcrübəli müdafiəçisi Rasim Ramaldanov əzələsindəki dartınma səbəbi ilə "Fənərbaxça" ilə oyunda forma geyinə bilmədi. 
 
Sportal.az xəbər verir ki, futbolçu bu oyuna nəyin bahasına olursa-olsun oynayacağını bildirib:
 
"Bəli, "Fənərbaxça" ilə oyunda zədəli idim. Hal-hazırda da zədəm var. Bu gün oynayıb-oynamayacağım oyun saatında bilinəcək. Hal-hazırda həkimlərdə oynamağım üçün nə lazımdırsa edirlər. Mən iynə ilə olsa da, bu oyunda oynamaq istəyirəm.
 
Komanda olaraq bu oyuna çox ciddi hazırlaşmışıq. Bu gün meydana çıxıb oyunumuzu oynayacağıq və növbəti tur üçün hər şey edəcəyik"
 
sportarena.az

Xəbər xətti