Qurban Qurbanov "Qarabağ"ı meydana bu heyətlə çıxardacaq

14:46 - 25 İyul 2013

Ağdam təmsilçisinin start heyəti bəllidir
 
"Qarabağ” bu gün Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Polşanın “Piast” klubu ilə cavab oyununa çıxacaq.
 
Sportal.az xəbər verir ki, Ağdam klubunun bu səfər matçında hansı heyətlə mübarizə aparacağı artıq bəllidi.
 
Belə ki, baş məşqçi Qurban Qurbanov qapını yenə də Miro Varvodiçə etibar edəcək. Müdafiədə Maksim Medvedev, Admir Teli, Rəşad Sadıqov və Ansi Aqolli dördlüyü yer alacaq. Yarımmüdafiə və hücum xəttində isə Qara Qarayev, Namiq Yusifov, Vüqar Nadirov, Reynaldo, Riçard Almeyda və Nikolas Gelaşvili çıxış edəcək.
 
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda “Qarabağ” 2:1 qalib gəlib. Cavab görüşü bu gün “Piast” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Xəbər xətti