Canbalanın 1 yaşı tamam oldu TƏBRİK

17:23 - 25 İyul 2013

Faiq Şaqdlı: "Biz Azərbaycan futbolunun inkişafına xidmət edirik"
 
“Hal-hazırda uşaqlarımız burada ilk futbol biliklərinə yiyələnib başqa klubların akademiyalarına dəvət alırlar. İki uşağımız “Bakı” klubunda, biri isə “Qəbələ”yə transfer olub. Bir balacamız isə “Atletiko”ya gedib. Avqustan etibarən isə bir neçə uşağımızı digər klublara göndərəcəyik". 
 
Bu sözləri Sportal.az-a açıqlamasında Canbala uşaq futbol məktəbinin baş meneceri Faiq şadlı deyib. Şadlı ürək sözlərini dilə gətirib:
 
"Arzu edirəm ki, burada futbol biliklərinə yiyələn uşaqlarımız milli komandamızın, Avropa klublarının əsas heyətində oynasınlar. Biz sadecə olaraq Azərbaycan futbolunun inkişafına xidmət edirik. Bizim futbol məktəbində təhsil alan uşaqların valideynlərini bir daha təbrik edirəm”. 

Xəbər xətti